Azərbaycanlı teleaparıcı efirdən uzaqlaşdı

Day.Az представляет новость на азербайджанском языке:

"Əsl şou" verilişi bu gün yayımlanmadı.

Məsələ ilə əlaqədar olaraq, publika.az verilişin aparıcısı Elgün Camalla saxlayıb.

O, verilişdə olan bəzi dəyişiklərə aydınlıq gətirib. Öyrəndik ki, verilişin aparıcısı Elgün Camal sabahdan adıçəkilən verilişdə olmayacaq. "Bu gün səhhətimdə baş verən problemlərə görə efir olmadı. Əziz dostlar, sabahdan etibarən bir müddət "Əsl şou" verilişində aparıcılıq etməyəcəyəm. Buna görə bütün tamaşaçılardan üzr istəyirəm. İstirahətə ehtiyacım var. Verilişi həmkarım Səidə Sultan bundan sonra tək aparacaq. Səhhətimdə yaranan problem aradan qalxan kimi yenidən görüşəcəyik"