Arvadını öldürən kişiyə 2 il güzəşt edildi

Day.Az представляет новость на азербайджанском языке:
Bakı Apelyasiya Məhkəməsində həyat yoldaşını öldürən Sənan Qulamov şikayətinə baxılıb.
"Qafqazinfo"nun verdiyi xəbərə görə, bu il aprel ayının 5-də Keşlə qəsəbəsində Sənan Qulamov həyat həyat yoldaşı Əfiqəni qohumu Fəridə Səlimcanovanın evində qətlə yetirib.
Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi təqsirləndirilən S.Qulamov 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Sənan Qulamov cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti verib.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə Sənan Qulamovun apelyasiya şikayəti qismən təmin edilib və onun cəzası 11 ilə endirilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре