Bakıda taksi sürücüsünü bıçaqladılar

Day.Az представляет новость на азербайджанском языке.

Bakının Nizami rayonunda bıçaqlanma hadisəsi baş verib. 

Milli.Az musavat.com-a istinadən xəbər verir ki, metronun "Xalqlar dostluğu" stansiyası yaxınlığında taksi sürücüsü, 30 yaşlı Həmdulla Ağayev naməlum şəxs və ya şəxslər tərəfindən bıçaqlanıb. Yaralı təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.  

Hadisə barədə Nizami Rayon Polis İdarəsinin 24 cü Polis Bölməsinə məlumat verilib. Hadisəni törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin axtarışları davam edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə  izləyə bilərsiniz.