Azərbaycanda avtomobil 3 piyadanı vuraraq öldürüb

Day.Az представляет новость на азербайджанском языке.

Lənkəranda 3 nəfərin ölməsi, 2 nəfərin yaralanması ilə nəticələnən ağır yol qəzası baş verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə saat 21:30 radələrində Lənkəran-Boradigah şosesinin, şəhərin elektrik şəbəkəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Astara rayon sakini, 1987-ci il təvəllüdlü Kənan Həsənov idarə etdiyi VAZ 21 099 markalı 10 EG 472 dövlət nişanlı minik avtomobili ilə yoldan keçən 4 piyadanı vurub. Daha sonra avtomobil ağaca çırpılıb. Qəza zamanı piyadalardan, Lənkəran şəhər sakinləri, 1995-ci il təvəllüdlü Əli Cəbrayılov, 1979-cu il təvəllüdlü İmran İsmayılov, 1988-ci il təvəllüdlü Elvin Hüseynov aldıqları çoxsaylı bədən xəsarətləri nəticəsində ölüblər.

Sürücü və daha bir piyada, Lənkəran şəhər sakini, 1991-ci il təvəllüdlü səbuhi Əliyev isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasında yerləşdiriliblər. Ölən şəxslərin meyitləri Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya birliyinin Lənkəran rayon şöbəsinə gətirilib.

Faktla bağlı rayonun hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.