Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxıldı

Day.Az представляет новость на азербайджанском языке

Sumqayıtda iki fəhlə 5-ci mərtəbədən yıxılıb.

Day.Az bildirir ki, Sumqayıt şəhər Polis İdarəsindən APA-ya verilən məlumata görə, Ağsu rayon sakini İsmət Musayev və Ağcabədi rayon sakini Murad Əliyev 5 mərtəbəli binanın damında təmir işləri apararkən yıxılıblar. İ. Musayev hadisə yerində ölüb, M.Əliyev isə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.  

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.