“28 May” metro stansiyası möhtəşəm görkəm alır – FOTO

Day.Az представляет новость на азербайджанском языке.
2011-ci ildə Azərbaycan Prezidentinin imzaladığı dövlət proqramına uyğun olaraq, yenidən qurulan "28 May" stansiyasının platformasından sonra əsas giriş-çıxış pavilyonunda da son tamamlanmaya başlanılıb.
Platforması kimi, tamamilə yeni görkəm alacaq yuxarı vestibüldə də müasir dövrün tələblərinə uyğun sistem və avadanlıqlar quraşdırılır, eyni zamanda, dizayn işlərində də texniki vasitələrdən istifadə olunur.
Publika.az-ın məlumatına görə, idarə rəisinin müavini və tikilən metropoliten müdiriyyətinin rəhbəri Arif Rəsulov qeyd edir ki, metronun şəhər sərnişin daşımasındakı rolu və bu xüsusda "28 May" stansiyasının metro xətlərinin fəaliyyətindəki həlledici qovşaq olması nəzərə alınaraq, rekonstruksiya zamanı sərnişinlərin maraqları naminə bir sıra qərarlar qəbul edilmişdi: "Xatırlayırsınızsa, buna qədər yenidən qurulan "İçərişəhər" və "Koroğlu" stansiyaları son tamamlama işləri zamanı bağlanmışdı.
Lakin "28 May"da nəinki stansiya bağlanmadı, hətta təmir-tikinti işləri dövründə, bəzən böyük çətinliklərlə üzləşsək də, məhz sərnişinlərin maraqları əsas götürülmüş, onların rahatlığı və ən vacibi, metrodan istifadəsinin məhdudlaşdırılmaması məqsədilə bir sıra addımlar atılmışdı. Məsələn, yeni tədris mövsümündə stansiyasının əsas çıxışının açılması və müvafiq təhlükəsizlik tədbirlərinin görülməsini qeyd etmək olar.
Döşəmə üzərinə yeni örtük vurularkən belə, sərnişinlərin maraqları əsas götürülərək, onun cilalanmasına qədər olan dövr üçün stansiya bağlanmadı. Çünki bilirik ki, paytaxtda sərnişinlərin əsas hərəkət vasitəsi məhz metrodur. Üstəlik, bu mənada "28 May" əksər sərnişinlər, əsasən də şəhərcivarı yaşayış sahələrindən gələnlər üçün həlledici stansiyadır".
Stansiyada görülən işlərin əsas işi icraçısı "Azəraqrartikinti" ASC-nin sahə rəisi Soltan Soltanov bildirib ki, stansiyanın metropolitendə hərəkətin təşkili üçün rolu çox vacibdir: "Bütün çətinliklərə əvvəlcədən hazır idik. Buna görə bütün işləri buna qədər reallaşdırdığımız layihələrdən fərqli plan üzrə yerinə yetirdik. Məsələn, onu qeyd edə bilərəm ki, platformanın orta zalında xüsusi konstruksiya quraşdırılarkən, əsas diqqəti sərnişinlərin təhlükəsizliyini təmin etməyə yönəltmişdik.
Söküntü yalnız gecə növbəsində aparılırdı. Bununla hər hansı fəsadın törənməməsi, sərnişinlərə xətər yetirilməməsi, sanitar-gigiyenik təmizlik tələblərinə əməl olunması kimi nüanslara diqqət yetirirdik. Yuxarı vestibüldəki inşaat da elə bu qayda ilə mərhələ-mərhələ, xüsusi tədbirlər görülməklə aparıldı. Sahə rəisi qeyd edir ki, artıq sərnişinlər də əyani müşahidə edirlər ki, vestibüldə və platofrmada divar və döşəmənin mərmər və qranit təbəqəsinin yenilənməsi əsasən başa çatdırılıb. Müəyyən çətinlik döşəmə təbəqəsi vurularkən yaranmışdı.
Çünki sərnişinlərin stansiyadan istifadə etməsi məhdudlaşdırılmadı. Bununla belə, çətinliklər hər kəsin gördüyü kimi müvəqqəti oldu və tədbirlər planına uyğun olaraq, xüsusi aqreqatla döşəmə cilalandı, bununla sürüşkənlik aradan qaldırıldı, həm də səthin hamarlığı təmin edildi. Son mərhələdə təhlükəsizlik zolağının quraşdırılması və stansiyada memarlıq elementlərinə əməl olunaraq, tematik bədii-qrafik işlərin aparılması yerinə yetiriləcək. Bundan əlavə, bir sıra texniki və təmir işləri də son tamamlama mərhələsindədir".
Qeyd edək ki, metrostansiyada bir sıra yeniliklər də tətbiq edilib. Belə ki, stansiyanın qarşısında hava, vaxt göstəricilərini bildirən elektron lövhələr quraşdırılıb.
Milli.Az
Böyütmək üçün şəkillərə klikləyin.




Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре