Quterreş Lavrovla Rusiya və BMT-nin əməkdaşlığını müzakirə edib

BMT Baş Assambleyasının 76-cı sessiyası çərçivəsində təşkilatın baş katibi Antoniu Quterreş və Rusiyanın xarici işlər naziri Sergey Lavrov arasında görüş keçirilib.

Day.Az Trend-ə istinadən bildirir ki, bu barədə baş katibin ofisinin açıqlamasında deyilir.

Məlumata əsasən, görüş zamanı tərəflər Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı vəziyyəti müzakirə ediblər:

"Baş katib və xarici işlər naziri bir çox məsələ üzrə Rusiya və BMT arasındakı əməkdaşlığı müzakirə ediblər. Tərəflər həmçinin Əfqanıstan, Liviya, Suriya və Ukraynadakı son hadisələr üzrə fikir mübadiləsi aparıblar".