“Demokratiya Sammiti”, yoxsa ikili standartların bariz nümunəsi?

ABŞ-ın keçirdiyi "Demokratiya Sammiti" ikili standartların bariz nümunəsidir. Ermənistan kimi insan hüquqlarının kobud pozulduğu ölkəni "sammitə" dəvət edib, Azərbaycanı, Türkiyəni, Macarstanı kənarda qoymaq bu "sammit"in sadəcə bir təzyiq vasitəsi olduğunu göstərir.

ABŞ prezidenti Co Baydenin təşəbbüsü ilə keçirilməsi nəzərdə tutulan "Demokratiya Sammiti"nə Azərbaycan, Türkiyə, Macarıstan kimi ölkələrin çağrılmaması olduqca gülünc bir mənzərədir. Çünki dəvət alan ölkələrin əksəriyyəti ilə müqayisədə bu ölkələrdə demoktarik münasibətlər daha yüksək səviyyədədir. ABŞ-ın təşəbbüsü ilə "Demokratiya Sammiti"nin təşkil olunmasının özü sanki absurd bir məsələdir. Elə bil sammiti təşkil etməklə ABŞ özünü demokratiyanın himayədarı kimi dünyaya göstərmək istəyir. Guya bütün dünya ölkələri yox, məhz ABŞ demokratiyanın keşiyini çəkir. Halbuki, biz prezident seçkilərində Co Baydenin hansı oyunlarla Trampı üstələdiyinin şahidi olduq. Hələ də ictimai rəy sorğusunda Amerika sakinləri Co Baydenin yox, Trampın seçilməli olduğu qeyd edirlər. Hələ də Donald Tramp öz çıxışlarında Baydenin nəticələrini tanımadığını bildirir. Bəs demokratiya harada qaldı? İndi artıq hər kəsə məlumdur ki, ABŞ-ın demokratiyası ancaq güc üstündə qurulub və demokratiya bu ölkə üçün qoruyucu maska rolunu oynayır. Digər tərəfdən isə...

Trend-in məlumatına görə, Ətayə Ələmdarqızının təqdimatında AzTV-nin "Əsas məsələ" verilişində "Demokratiya Sammiti", yoxsa ikili standartlarin bariz nümunəsi? mövzusunda aparılan müzakirələr zamanı bu barədə ətraflı danışılıb. Verilişin qonaqları - Fuad Çıraqov - BMTM-in şöbə müdiri, Azər Həsrət - siyasi şərhçi və Bəhruz Məhərrəmov - Milli Məclisin deputatı mövzu ətrafında müzakirə aparıblar.

"Əsas məsələ" verilişini bütöv şəkildə Azərbaycan Televiziyasının "YouTube" kanalından izləyə bilərsiniz:

https://www.youtube.com/watch?v=Pd4sYBUZdo0