Qəbələdə Lavanda festivalı keçiriləcək

Ölkəmizdə daha yeni vüsət almasına baxmayaraq ekoturizm bir neçə onillərdir ki dünyanın müxtəlif ölkələrində uğurla həyata keçirilir və ölkərərdə həm daxili həm də xarici turizmin inkişafına öz müsbət töhvəsini göstərir.

Təqdim etdiyimiz bu innovativ layihə Qəbələ şəhərinin hazırkı turizm potensialını daha da artmasına və ümumən regionda turizmin 'niş' sektorlarından olan lavanda(tibbi və aromatik bitkilər) turizminin yaranmasına öz töhvəsini verəcəkdir.

Bu layihə "The Best Choice" MMC tərəfindən Qəbələ şəhərinin Çuxur qəbələ kəndində 26 hektar ərazidə salınmış və artıq 2021 ci ildən ilk dəfə sınaqdan keçirilən və böyük marağa səbəb olan Qəbələ Lavanda turizminin ölkə daxilində və xaricində potensialını daha geniş kütlələrə çatdırmaq və bu məzmunun digər şəhər və kəndlərə də nümunə ola biləcəyini göstərmək məqsədi daşıyır.

31 may 2022-ci il tarixində lavanda sahəsində "The Best Choice" MMC   və KOBIA-nın birgə əməkdaşlığı ilə "Lavanda Festivalı" təşkil olunacaq. Festivalda Qəbələ rayonundan olan öncül şirkət və sahibkarların iştirak edərək öz məhsullarını sərgiləyəcəklər.

Bu il əsası qoyulacaq "Qəbələ Lavanda Festivalı" -nın  ənənəvi olaraq hər il keçirilməsi planlaşdırılır.