https://news.day.az/azerinews/1468144.html Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur - FOTO Dünyaca məşhur ifaçı Meraya Kerinin "All I Want for Christmas Is You" mahnısının plagiat olduğu iddia edilib. Bəstəkar Endi Stoun müəlliflik hüquqlarının pozulması ilə bağlı ondan 20 milyon dollar məbləğində təzminat tələb edir.

Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur - FOTO

Azərbaycanca, 5 июня 2022 18:27 (UTC +04:00) 933
Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur

Dünyaca məşhur ifaçı Meraya Kerinin "All I Want for Christmas Is You" mahnısının plagiat olduğu iddia edilib. Bəstəkar Endi Stoun müəlliflik hüquqlarının pozulması ilə bağlı ondan 20 milyon dollar məbləğində təzminat tələb edir.

Day.Az oxu.az-a istinadən xəbər verir ki, Stounun sözlərinə görə, o, "All I Want For Christmas Is You" mahnısını müğənni eyniadlı milad hitini buraxmamışdan xeyli əvvəl - 1989-cu ildə Neşvildə yazıb, 1993-cü ildə isə mahnı radioda yayımlanıb. Həmin vaxt o, mahnıya klip də çəkdirib.

Kerinin treki isə 1994-cü ildə debüt edib.

Mahnıların sözləri və musiqisi fərqli olsa da, iddiaçı onun razılığı olmadan icad etdiyi addan istifadə etdiyinə görə Meraya Keridən 20 milyon dollar təzminat tələb edir.

  • Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur
  • Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur
  • Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur
  • Meraya Keri sözləri və musiqisi eyni olmayan mahnıya görə plagiatlıqda ittiham olunur
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости