Qlobal Baki Forumu problemlərin həllində vacib rol oynayır - Mladen İvaniç

Qlobal Baki Forumu il keçtikcə öz əhəmiyyətini artırır.
Day.Az xəbər verir ki, bu barədə Trend-ə özəl açıqlamasında Bosniya və Herseqovinanın sabiq Prezidenti Mladen İvaniç deyib.
O qeyd edib ki, bu forum artıq illərdir təşkil edilir və problemlərin həllində vacib rol oynayır.
"Üç gün davam edəcək forumda bir sıra məsələlər müzakirə ediləcək. Dünyanın üzləşdiyi çağırışlar mövcuddur. Çalışacağıq ki, aparılan müzakirələrdə təcrübə və fikir mübadiləsi intensiv olsun. Ümid edirəm bu probelmlərin həllinə öz töhfəsini verəcək",- deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре