AZAL-dan 2+1 aksiyası: Dubaya hədiyyəli uçuş kampaniyasının müddəti uzadıldı!

Dubaya iki böyüklər üçün bilet bronu ilə pulsuz uşaq bileti əldə edin!

Bu yay Dubay ailənizi unudulmaz tətil keçirməyə dəvət edir. AZAL-ın xüsusi 2+1 təklifi sayəsində uşaqlarla edəcəyiniz unudulmaz tətil həm də daha əlverişli olacaq: iyunun 30-dək alacağınız böyüklər üçün iki bilet ilə bir pulsuz uşaq bileti əldə edəcəksiniz. Kampaniya 12 yaşa qədər uşaqlar üçün keçərlidir.

Kampaniya müddəti: 30 iyun 2023-cü ilədək *

Səyahət müddəti: 15 sentyabr 2023-cü ilədək**

Kampaniya biletlər turizm agentliyi vasitəsilə əldə edildiyi zaman və ya "Azərbaycan Hava Yolları"nın [email protected] ünvanlı çağrı mərkəzi ilə əlaqə saxlanılanda etibarlıdır.

Çimərlikdə sakit tətil, mədəniyyət aləminə ekskursiya və ya bol əyləncəli macəraları ilə münasib qiymətli Dubay yayda ailəvi istirahət üçün əla seçim olacaq. AZAL-ın unikal təklifiylə Dubaya səyahət isə artıq daha asandır!

Yayı Dubayda keçirmək uşaqlarla daha əyləncəlidir! Bu yay uşaqlar "Uşaqlara pulsuz Dubay" təklifi ilə Dubayın əfsanəvi otellərində pulsuz qalacaq, həmçinin, kinoteatr, əyləncə kompleksləri və şəhərin bir çox görməli yerlərinə pulsuz giriş əldə edəcəklər. Buraya məşhur Burj Khalifa və yepyeni The View at The Palm kimi populyar müşahidə guşələrində pulsuz əyləncə də daxildir.

İstidən qaçarkən uşaqlarla əylənmək üçün Dubayda qapalı məkanda xizək sürməkdən tutmuş sualtı macəralara qədər bir çox əyləncə var.

Bundan əlavə, siz eksklüziv erkən rezervasiya kampaniyasından yararlana və şəhərdə daha uzun müddət qalıb daha maraqlı yerləri ziyarət etmək üçün çoxlu endirimlər əldə edə bilərsiniz.

Həmçinin, Dubayda iyunun 29-dan sentyabrın 3-dək ənənəvi "Dubai Summer Surprises" yay alış-veriş festivalı keçirilir. Burada sizi lotereyalar, aksiyalar, endirimlər, bütün ailəniz üçün əyləncəli tədbirlər və daha çoxu gözləyir!

Kampaniya ilə yaxından tanış olmaq üçün sayta daxil olun: https://www.azal.az/az/offer/1387

Dubayda yay təklifləri haqqında ətraflı məlumatı linkdən əldə edə bilərsiniz: https://www.visitdubai.com/ru/deals-and-offers/summer-offers?tags=Бесплатное+предложение+для+детей

* "Uşaqlara pulsuz Dubay" kampaniyası çərçivəsində aldığınız pulsuz biletlərə hava limanı vergiləri tətbiq olunur.

** İstisnalar tətbiq olunur: 2+1 kampaniyası 28 iyun - 2 iyul 2023-cü il tarixlərindəki səyahətlərə şamil edilmir.