"Yunus Oğuzun "Cığır" romanı olduqca unikal və milli dövlətçiliyimiz baxımından əhəmiyyətlidir

"Yunus Oğuzun "Cığır" romanı olduqca unikal və milli dövlətçiliyimiz baxımından əhəmiyyətlidir. Yunus Oğuz artıq ölkə miqyaslı yazıçı çərçivəsindən çıxaraq dünya miqyaslı bir yazara çevrilib. Yunus Oğuz artıq dünya azərbaycanlılarının oxucusuna çevrilib".

Day.Az xəbər verir ki, bu sözləri Olaylar.az-a Fəlsəfə doktoru Yəhya Babanlı Yunus Oğuzun  "Cığır" tarixi romanının Dövlət mükafatına layiq görülməsi üçün Azərbaycan Atatürk Mərkəzi tərəfindən namizədliyinin irəli sürülməsinə  münasibət bildirərkən  deyib: 

"Qalibiyyətimizi ehtiva edən "Cığır" romanı gənc nəslin vətənpərvərlik əzmində tərbiyəsinə müsbət təsirlər göstərən bir kitabdır. Yunus Oğuzun əsəri ona görə olduqca uğurlu və təqdirəlayiqdir ki, bir xalqın oxucusunu qələbə ruhunda tərbiyəyə hesablanıb. Belə əsərlərin yazılması gənclərin milli kimliklə böyüməsi baxımından çox önəmlidir.

"Çığır" özü-özlüyündə Zəfərimizi anlatan və yeni Zəfərlərə aparan bir Yoldur."