https://news.day.az/azerinews/1664774.html
Azərbaycanla Ermənistanın sülh prosesindəki səmimi səylərini dəstəkləyirik - Yaşar Gülər
Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır. Day.Az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Efes-2024" çoxmilli təlimləri çərçivəsində deyib.
Azərbaycanla Ermənistanın sülh prosesindəki səmimi səylərini dəstəkləyirik - Yaşar Gülər

Cənubi Qafqazda davamlı sülh və təhlükəsizliyə nail olmaq üçün Azərbaycan və Ermənistan arasında hərtərəfli sülh müqaviləsi imzalanmalıdır.
Day.Az xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Yaşar Gülər "Efes-2024" çoxmilli təlimləri çərçivəsində deyib.
Onun sözlərinə görə, Türkiyə tərəflərin sülh prosesindəki səmimi səylərini dəstəkləyir.
"Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan sülhə nail olmaq üçün bu tarixi imkandan istifadənin vacibliyindən danışıb. Həmçinin, Ermənistanın və erməni xalqının gələcəyi üçün lazım olan real yanaşma nümayiş etdirən baş nazir Nikol Paşinyanın son açıqlamalarını da alqışlayıram", - o deyib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре