MDB PA-nın nümayəndələri növbədənkənar seçkini müşahidə edəcəklər

Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının (MDB PA) müşahidəçiləri Azərbaycanda 2024-cü il sentyabrın 1-də keçiriləcək Milli Məclisə növbədənkənar seçkini izləyəcəklər.
Day.Az xəbər verir ki, bu barədə məlumatı qurumun mətbuat xidməti yayıb.
Məlumata görə, Azərbaycanda keçiriləcək növbədənkənar parlament seçkisini izləyəcək MDB PA-dan olan müşahidəçilər qrupuna Rusiya Federasiya Şurasının vitse-spikeri Konstantin Kosaçov rəhbərlik edəcək.
Onun namizədliyi MDB PA Şurasının iclasında Rusiya Federasiya Şurasının sədri Valentina Matvienko tərəfindən təklif edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçkilər təyin edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре