https://news.day.az/azerinews/1674807.html
Tramp hücumdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - VİDEO
ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniyada mitinqdə baş verən atışmadan sonra ilk dəfə Nyu Cersidə ictimaiyyət qarşısına çıxıb.Day.Az xəbər verir ki, bu barədə REN TV-i məlumat yayıb.Məlumata görə, internetdə yayımlanan görüntülərdə Trampın təyyarədən inamla enişi və jurnalistlərə əl yellədiyi görünür.
Tramp hücumdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb - VİDEO

ABŞ-ın keçmiş prezidenti Donald Tramp iyulun 13-də Pensilvaniyada mitinqdə baş verən atışmadan sonra ilk dəfə Nyu Cersidə ictimaiyyət qarşısına çıxıb.
Day.Az xəbər verir ki, bu barədə REN TV-i məlumat yayıb.
Məlumata görə, internetdə yayımlanan görüntülərdə Trampın təyyarədən inamla enişi və jurnalistlərə əl yellədiyi görünür.
ABŞ-ın keçmiş prezidentini şəxsi təhlükəsizlik və silahlı məxfi xidmət əməkdaşları qarşılayıb.
Qeyd edək ki, ABŞ-ın sabiq prezidenti Donald Trampa qarşı sui-qəsd cəhdini həyata keçirilib və bunu edən şəxsin Tomas Metyu Kruks olduğu bildirilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре