Əməkdar artist Kifayət Gəncəli dəfn olunub

Azərbaycanın Əməkdar artisti, xanəndə Kifayət Gəncəli Gəncənin "Səbiskar" qəbiristanlığında torpağa tapşırılıb.

APA-nın xəbərinə görə, dəfn mərasimində Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin rəisi Pərvin Kazımov, Xalq artisti Şahnaz Haşımova, şəhər ictimaiyyətinin nümayəndələri, sənətkarın yaxınları iştirak ediblər.

Qeyd edək ki, Əməkdar artist bu gün ürək çatışmazlığı səbəbilə vəfat edib.