Azərbaycan Qoşulmama Hərəkatının rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır - Ceyhun Bayramov - FOTO
Azərbaycan Qoşulmama Hərəkatının rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır.
Day.Az xəbər verir ki, bu barədə XİN-in rəsmi "X" hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasında Qoşulmama Hərəkatının Nazirlər Toplantısında iştirak edib.
İclasda Qoşulmama Hərəkatının beynəlxalq münasibətlərdə ədalətin və qanunun aliliyinin həqiqi müdafiəçisi kimi rolu vurğulanıb.
"Azərbaycan 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrliyi, habelə Hərəkatın səmərəliliyinin artırılması istiqamətində davamlı səyləri və təşəbbüsləri ilə yanaşı, Qoşulmama Hərəkatının fəal üzvü kimi Hərəkatın rolunun və əhəmiyyətinin daha da artırılmasına sadiq qalır.
Azərbaycan hesab edir ki, Fələstin məsələsinin bütün aspektlərdə ədalətli və davamlı həlli BMT-nin müvafiq qətnamələrinə, beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq həll edilənə qədər Hərəkatın gündəliyində prioritet olaraq qalmalıdır", - deyə paylaşımda qeyd edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре