https://news.day.az/azerinews/1709821.html
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb
İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanına sabaha nəzərdə tutulan bəzi səfərlər təxirə salınıb. AZƏRTAC xəbər verir ki, bu barədə aeroportdan açıqlama verilib.
Sabah İstanbula nəzərdə tutulan bəzi uçuşlar təxirə salınıb

İstanbulun Sabiha Gökçen beynəlxalq hava limanına sabaha nəzərdə tutulan bəzi səfərlər təxirə salınıb.
AZƏRTAC xəbər verir ki, bu barədə aeroportdan açıqlama verilib.
Məlumata əsasən, sabah İstanbulda proqnozlaşdırılan əlverişsiz hava şəraiti səbəbindən saat 15:00-dək Sabiha Gökçen hava limanına nəzərdə tutulan uçuşların 10 faizi yerinə yetirilməyəcək.
Açıqlamada sərnişinlərin bu aeroporta sabah planlaşdırılan səfərləri ilə bağlı hava limanının rəsmi səhifəsindən məlumat almaları tövsiyə edilir.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре