“TÜRK” etnonimi və törələri - YUNUS OĞUZ yazır

Müəllif: Yunus Oğuz
Türk törəsi nədir?
Yuxarıda qeyd etdiyimiz kimi törə anlamı səndən yuxarıda duran, ocaq başında oturan, yazılmayan, yəni şifahi olaraq ağızdan-ağıza keçən bəylikləri, eli (dövləti) idarə edən əsas qaydalar toplumudur. Bir sözlə, müasir dildə desək, toplumda siyasi və sosial həyatı müəyyənləşdirən, düzən verən və yazılı olmayan hüquq qaydalarına törə deyilir.
Törə bütün irqləri və dinləri özündə birləşdirən azadlıq verən, sosial münasibətləri müəyyənləşdirən, insanların nizamını avtoritetə bağlayan, milli barış və bərabərliyi qoruyan mədəni bir qurumdur.
Türk törəsində hər kəsin toplum içindəki yeri, sırası və vəzifələri bu qaydalarla müəyyənləşdirilirdi.
Törə haqqında araşdırmaçı alimimiz Əkbər N.Nəcəf özünün "Səlcuqlu dövlətləri və Atabəyləri tarixi" kitabında yazır: "Ailədən (ocaq) dövlətə (il/el) qədər adlarını çəkdiyimiz türklərdəki bütün bu sosial-ictimai cəmiyyət formasiyaları, təşkilat və qurumları yazısız qanun hesab edilən "törə/türə" ilə idarə edilirdilər. Qədim türk kitabələrində "törü" şəkilində keçən bu sözün mənası "qanun-qayda, nizam idi". Ayrıca olaraq türk törəsi cəmiyyətin mövcudluğu və nizamını qorumaq üçün dilənçiliyi, əyyaşlığı, avara gəzməyi, vəfasızlığı, cahilliyi, tənbəlliyi və cəmiyyət üçün yad olan ünsürləri, onun nizamını pozacaq hər bir nəsnəni yaxına buraxmır və özündən kənarlaşdırırdı.
Türk törəsinin özəllikləri
Yazılı deyil, şifahidir.
Dildən dilə, qulaqdan qulağa, nəsildən nəsilə keçərdi.
3. Xaqan da daxil olmaqla hər kəs əməl etməlidir. (Bu da onu göstərir ki, hüququn üstünlüyü əsasdır).
4. Adət və ənənələrin, milli əxlaqın pozulmasının qarşısının alınması, dinin qorunması və digər məsələlər qurultay və xaqandan soruşulur. Bu da onu deməyə əsas verir ki, Türk dövlətləri heç zaman teokratik olmayıblar.
5. Dövrün şərtlərinə görə törənin bəzi müddəaları qurultayda dəyişə bilər.
6. Törənin aşağıdakı maddələri heç zaman dəyişə bilməz.
- Ədalət
- Yaxşılıq
- Düzlük
- İnsanlıq
7. Törə hökmlərinə görə cəza dövlət tərəfindən verilir. Heç kim heç kimə özü cəza verə bilməz. Bu da toplumda qan davasını əngəlləyir, barış və huzur üçün vəsilə olur.
8. Türk törəsində uzun sürən həbs cəzası yoxdur.
9. Türk törəsində dövlətə qarşı üsyan, əsgərlikdən qaçmaq, adam öldürmək, oğurluq, təcavüz kimi gunahların cəzası edam idi.
10. Törələri saya almayan adamları hakim müəyyənləşdirir və xaqanın başçılıq etdiyi məhkəmədə hökm verilir.
11. Türk törəsi uygurlar tərəfindən yazılı hala gətirilmişdir.
Amma bizim əlimizdə daha bir, Orxon-Yenisey abidələrində yazılmış, bir-birindən çox da fərqlənməyən daha bir törə var. Eyni zamanda, deyilənə görə, Oğuz Xaqanın 33 maddəlik buyruğu da mövcuddur. Həmçinin törəyə bənzər, lakin törə adlanmayan Dədə Qorqudun da buyruqları var. Bunların hamısını aşağıda sizin diqqətinizə çatdıracağıq.
Törə qaydaları
Qayda 1 - Təbiətsevərlik
Cəmiyyətdə yaşayan qocalar və gənclər təbiətlə bütünlük təşkil edirlər. Heç kim bitkilərə, suya, havaya zərər verməməlidir. İqlimlərin dəyişməsinə xüsusi önəm verilərdi. Sağlam baş sağlam bədəndə olar, deyə faydalı və təbii yeməklərlə qidalanar, bədən və hərbi təlimlərə önəm verərdilər.
Qayda 2 - Qadın haqları
Ailə içində qadın və ər eyni hüquqlara sahibdirlər. Ər bir qadınla evlənə bilərdi. Türk törəsində mövsümə və hava durumuna, eyni zamanda köç edəndə, səfərə çıxanda, yaş və toylara uyğun olaraq qiyafət geyinərdilər.
Qayda 3 - Fəzilət (ərdəmlik)
Türklər və Türk səlahiyyəti altında yaşayan hər kəs güvənlidir. Hər kəs qorunur, eyni zamanda çalışqan və usta olmalıdır. Türk törəsi digər qəbilələrin və millətlərin üzərində əxlaq dəyərlərilə ölçülür. Su qaynaqları hamı üçün bərabərdir. Su satılmaz. Kimisə sevmək adam öldürməkdən ayıb deyil. Cinsi təcavüz əsla ola bilməz və bunu heç kim cəsarət edib ağlından keçirə bilməz, çünki bu, törəyə görə ağır cəzalandırılır. Dövlətə zərər vermək, ideallarına alçaltmaq, əxlaqi dəyərləri gözdən və qiymətdən salmaq, sirr saxlamamaq da eyni şəkildə cəzalandırılır.
Qayda 4 - Ədalət
Türk törəsində cəzalar çox qətidir. Bütün toplum bunu bilir və əməl edir. Hər hansı boy, yaxud tayfa bəyi qurultaylarda xandan və ya xaqandan hesab soruşa bilər. Hər kəs (yönəltiçi və yönəldilən) çiyin-çiyinə çalışır, bir-birlərinin qarşısında cavabdehdirlər. Şərqə, günəşə baxan evlərin qapısı kilidlənməzdi. Çadırlarda isə iqlimə uyğun qapılar qoyulurdu. Oğurluq yoxdur. Xaqan bəlli bir gündə evini əhaliyə yağmalatdırırdı. Əski türklərdə günah iki yerə bölünürdü.
"Şərəfli" günah.
"Şərəfsiz" günah.
Türk törəsinə qarşı çıxan xanədan mənsublarına ölüm cəzası verildikdə, onun yayının sicimilə (kiriş) boğulurdu. Namussuzluğun, iffətsizliyin cəzası ölüm idi.
Qayda 5 - Ailə
Böyüklərə hörmət, sayğı, kiçiklərə şəfqət və sevgi mütləqdir. Bu toplumun inşa etdiyi təməl nöqtəsidir. Bu pozularsa, törələr pozular, toplum dağılardı. Ana və ata uşaqlara çox kiçik yaşlarından başlayaraq törə qaydalarını və qazanılan bilgiləri öyrədirdilər.
Qayda 6 - Etika anlayışı
Toplumun faydası üçün, əgər bu dürüst və doğru fikirdisə, önü açılar, dəstək verilər. Bu fikir yönətmən tərəfindən idarə olunar. Törədən kənarda özündən razı olan, xudpəsənd və kimsəni bəyənməyən insan, yaşı nə qədər olursa olsun toplumdan kənarlaşdırılır. Heç kimsə onunla danışmaz, süfrəyə dəvət edilməzdi. Obadan çıxarılması əsas şərtdir.
Qayda 7 - Azadlıq, (özgürlük), müstəqillik Türk ulusunun (xalqın) türkdən başqa yiyəsi olmaz. Türk hürr yaşamağa öyrənib.
Qayda 8 - İnanc
Türk dövlətinin dini yoxdur. Törəyə görə bütün dinləri qəbul edənlər bərabər və xoşbəxt yaşamışlar. Türklər din sümürgələrinə dayanan bütün iqtidarların yıxıldığını görmüşlər. Törə dinin sümürməsini heç vaxt əfv etməz. Din sahibləri siyasətə qarışmamalıdır. Qarışanda xalq dağılar, dövlət çökər.
Qayda 9 - İdarəetmə
O zamanlarına görə türklərdə dövlətin idarə olunması ən demokratikdir. Dövlətin idarə olunmasında törə əsasdır. Dövlət yurddaşlarının pulsuz əlaqələrini, sağlamlığını, təhsilini və güvənliyini qoruyur. Bu baxımdan İpək yolunda (Asiya və Avropada) minlərlə xidmət karvansarayları ilə dolu olurdu.
Qayda 10 - Mədəniyyət
Türklər digər mədəniyyətləri yaxına buraxmaz, təqlid etməz, onların paltarlarını geyinməz, adət və ənənələrini sevməzdilər. Dəbdəbəyə və özünü göstərməyə (lovğalanmağa) önəm verməzdilər. Qənaətcil olar, israfçılığa yol verməzdilər. Eyni şeyləri geyinər, yeyər və içərdilər. Fəlakət (qıtlıq, zəlzələ, sel, daşqın və s.) olduğunda isə bütün ağlı ilə birlik yarada və çətinliklərin öhdəsindən tez bir zamanda gələrdilər.
Qayda 11 - Təhsil
Uşaqlara çox kiçik yaşlarından Türk törəsi öyrədilir. Savaşda və barışda nə edəcəkləri haqqında bilgilər verirlər. Xaqanların əmrlərini və hökmlərini onlara bilim adamları çatdırırlar. Xalq və bəylər cəsur, həm də hazırlıqlıdırlar. Əsas olaraq onlara türkü sevməyi öyrədirlər.
Türk törəsini kiçik yaşlarından başlayaraq sevməyin duyğusunu öyrədirlər.
Dövlət xidmətində, insanlara münasibətdə sayğı əsas götürülür.
Əsasən, ağır, ciddi, çox danışmayan, lazım gələndə az və sərrast danışan, soyuqqanlı, qəfil əsəbləşməyən, cəsur, əxlaqlı, əzmli, sözünə və vəzifəsinə sadiq, intizamlı, yalan danışmayan insanlar yetişdirilirdi. Ən önəmlisi isə topluma xəyanətin zərəri və cəzası öyrədilirdi.
Qayda 12 - Anlaşma və söz vermək
Türklər 5000 il öncə də dan yeri ağararkən, (qan qırmızı, şərab kimi) qan qardaşı olub, ömür boyu sözünün üstündə duracağına və bir-birlərinə kömək edəcəklərinə söz verərdilər.
Türklərdə söz vermək üçün özlərinə məxsus bir ritual keçirərdilər. Bunu şərab, yaxud qımız içərək edərdilər. Onlarda xüsusi bir söz demək yasaqdır. Söz vermək ən uca qanundur.
Türklər bütün dövlətlərini bu törə ilə qurmuşlar, onu pozanda yıxılmışlar.
Haşiyə. Dünyanın bir çox yerlərində fərdlər qarışılıqlı münasibətlərdə "Türk sözümü?" deyərlər, yəni sözün həyata keçirilməsi hökməndir.
Bilge xaqan törəsi (yasası)
Tanrı (Yaradan) təkdir
Hər kəs Tanrıdan qut (can, yaxud xoşbəxtlik) almaq istərsə, başqasına yalvarmasın
Bir el (dövlət), bir xaqan, bir Tanrı
Bir qına iki qılınc girməz. Bir xatun iki ər ala bilməz və bir budunda (xalq) iki törə ola bilməz. Törə təkdir. Törə qəti və kəskindir. Kim ki, törəyə uya (tərcüməni ver) kutlanır, kim ki, törəyə kıya (tərcüməni ver) katlanır.
Kimsə törədən üstün deyildir. Dirilik və birlik üçün törə budur.
Bir çoban sürüsünə, bir kişi ailəsinə, bir xaqan xalqına görə sorumludur.
Hər kişi (ər) qadınına, atına, silahına sahib çıxacaq.
Ana-ataya və babaya təzim (sayğı) göstəriləcək.
Hımsına (hər iki tərəfdən anaya, ataya, bacıya, qardaşa) sarılacaq, qonşunu gözləyəcəksən.
Ər kişi yalan söyləməyəcək.
Mal çalan (oğurlayan), mülk əvəzinə mislilə ödəyəcək. Hesabı ya malı, ya da canı ilə ödəyəcək.
Kimsə zorlamağa cəhd edərsə canından (edam) olacaq.
Hər kim olursa olsun, haqsız, aldadıcı (fırıldaq) iş tutarsa dərhal hesab istəniləcək.
Savaşdan kənar duran, ya da qaçan cəhənnəmə (tamuya) göndəriləcək.
Aman istəyənə qılınc qaldırmayacaqsan, sənə sığınana arxa çevirməyəcəksən.
Baş qaldıranın başı kəsiləcək (alınacaq), haqq istəyənin haqqı veriləcək.
Kimsə kimsəyə üstünlüyünü göstərməyəcək. Nə ağ ətin qaradan, nə qaranın qızıldan, nə qızılın sarıdan fərqi olmayacaq.
Kin və lovğalığdan uzaq olacaqsan.
Məzluma mərhəmət göstərəcək, zalıma əzab hiss etdirəcəksən.
Zəifə, yaralıya, uşağa və qadına əl qaldırmayacaqsan.
Qızı istəyən, xaqan da olsa, bəy də olsa belə qız istədiyinə veriləcək.
Lazımsız yerə ağac kəsməyəcəksən, suyu çirkləndirməyəcəksən.
Bilməyib yalandan bildim deməyəcəksən, dərdini (müşgülü) bilənə danışacaqsan.
Bu günün işini sabaha buraxmayacaqsan.
Eyib (səhv) görməyəcək, eyib (səhv) axtarmayacaqsan.
26. Güclükən əfv et, zəifkən səbr et.
27. Qədərinə (yazgına) asi olma.
28. Etdiyin yaxşılığı unut, sənə edilən yaxşılığı unutma.
29. Hər kəs ədalətlə iş görəcək.
30. Hər nə edirsən et, ancaq mühakimə olunacağını heç zaman unutma.
31. Xalğına yad olma. İpəyin əlasına, sözün tərifinə aldanma, onlarla süslənmə.
32. Xaqan odur ki, ədaləti üstün tutsun, törəni yaşatsın. Törə yox olarsa, el (dövlət) yox olar. El (dövlət) olmazsa, budun (xalqın) qul olar.
33. Ey, Türk Oğuz bəyləri, ey millətim, eşidin! "Üstdə mavi göy çökmədikcə, altda yağız (sarı) yer dəlinmədikcə, sənin Elini və törəni kim poza bilər?".
Ardı var
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре