ABŞ-də 2 qadın COVID-19-la mübarizə üçün ayrılan 65 milyon dolları mənimsədi
ABŞ-də 2 vergi müfəttişi federal hökumətin COVID-19-la mübarizə üçün ayırdığı 65 milyon dollar vəsaiti mənimsəməkdə ittiham olunub.
Day.Az xarici KİV-ə istinadən xəbər verir ki, 44 yaşlı Renata Uolton və 36 yaşlı Nikol Cons Memfis şəhərində ABŞ prokurorluğu tərəfindən elektron fırıldaqçılıq, çirkli pulların yuyulması, yalan vergi bəyannamələrinin hazırlanması və ədalət mühakiməsinə mane olmaq da daxil olmaqla 50-dən çox maddə üzrə ittiham olunublar.
Məlumata əsasən, Uolton ayrıca Kiçik Biznes Administrasiyasına saxta əmək haqqı bəyanatları və təbii fəlakət kreditləri üçün müraciətlər təqdim etməkdə də ittiham olunur.
Qeyd edilib ki, hər iki qadın özlərini günahsız hesab etdiklərini bildirərək, 100 000 dollar girov müqabilində azadlığa buraxılıblar.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре