Suriya ordusu Bəşər Əsədin hakimiyyətinin başa çatmasını açıqlayıb

Suriya ordusunun komandanlığı prezident Bəşər Əsədin hakimiyyətinin başa çatması barədə zabitlərə məlumat verib.

Day.Az -ın məlumatına görə, bu barədə "Reuters" agentliyi zabitlər arasında olan mənbəyə istinadən xəbər verib.

"Al Jazeera" telekanalı bildirib ki, hərbçilər Suriya Müdafiə Nazirliyinin qərargahını tərk edirlər. Əsgərlər Dəməşqdə nəzarət-buraxılış məntəqələrini tərk edirlər.

Üsyançıların rəhbərliyi silahlılardan dövlət qurumlarını ələ keçirməməyi, hakimiyyətin planlaşdırılan transferini gözləməyi tələb edib. Suriyanın baş naziri Məhəmməd Qazi əl-Cəlali Suriya xalqının seçdiyi istənilən rəhbərliklə əməkdaşlığa və hakimiyyətin "ötürülməsi" üçün hər cür tədbir görməyə hazır olduğunu bildirib.