UNESCO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi türkiyəli həmkarını ziyarət edib - FOTO
.jpg)
UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının baş katibi türkiyəli həmkarını ziyarət edib.
Day.Az xəbər verir ki, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının birinci katibi Seymur Fətəliyev, Azərbaycanın Ankaradakı Səfirliyinin baş katibi İslam Quliyev və UNESCO Azərbaycan Komissiyasının ikinci katibi Mustafa Şabanov mayın 8-də UNESCO Türkiyə Cümhuriyyəti Komissiyasının sədri Öcal Oğuzu ziyarət edib.
UNESCO Türkiyə Cümhuriyyəti Milli Komissiyasının baş katibinin köməkçisi Özge Züleyha Ömeroğlu, sektor mütəxəssisi Cansu Türk və professor Bilge Tüzel Erginin də qatıldığı ziyarətdə UNESCO ildönümü proqramları, Dünya Yaddaşı Proqramı, mədəni və qeyri-mədəni irslə bağlı mümkün əməkdaşlıq müzakirə edilib.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре