AYNA bu marşrut xəttində gecikmələrə aydınlıq gətirdi

206 nömrəli müntəzəm marşrut xətti üzrə 8 avtobus 12-13 dəqiqəlik intervalla sərnişinlərə xidmət göstərir. Aparılan monitorinqin nəticələri xətt üzrə hərəkət edən avtobuslarda ciddi gecikmələrin və intervalın pozulması hallarının mövcudluğunu göstərdi.

Day.Az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildiriblər.

Bildirilib ki, avtobusların azlığı və nizamlı fəaliyyətin olmaması səbəbindən 206 nömrəli marşrut xətti AYNA tərəfindən müsabiqəyə çıxarılıb, lakin iştirakçı olmadığından müvəqqəti olaraq marşrut həmin daşıyıcının istismarında saxlanılıb.

"Marşrutda istismar olunan avtobusların müasir tələblərə cavab verən nəqliyyat vasitələri ilə əvəzlənmədiyi təqdirdə, 206 nömrəli müntəzəm marşrut yenidən müsabiqəyə çıxarılacaq",-deyə məlumtda qeyd edilib.