Azərbaycanda diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib

Azərbaycanda diplomatik pasport əldə edəcək subyektlərin dairəsi genişləndirilib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, , bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Pasportlar haqqında" qanuna dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, inzibati vəzifələrin birinci təsnifatına aid edilən vəzifələrin təminatlarından istifadə etmək məqsədi ilə "Pasportlar haqqında" təklif edilən dəyişikliklə Prezidentin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə rəhbərinin müavinlərini də diplomatik pasportu əldə edə biləcək subyektlərin dairəsinə daxil ediləcəklər.