Məktəbli formaları ilə bağlı nazirdən açıqlama

Müəllimlərin işə qəbul imtahanı gələn ay olacaq. 

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə Elm və Təhsil naziri Emin Əmrullayev 8-ci ADA Beynəlxalq təhsil konfransında məlumat verib. Nazir məktəbli formalarından da danışıb. 

Bəs bu il məktəbli formaları dəyişəcək? 

Bununla bağlı nazir jurnalistlərə açıqlamasında bildirib ki, Nazirlər Kabinetinin müvafiq qaydası ilə tənzimlənən nümunəvi formalar var:

"Onların o qaydaları dəyişdirməsi ilə bağlı mövzu yoxdur. Amma ayrı-ayrı məktəblər özləri bu və digər formada öz geyimlərini dəyişmək səlahiyyəti özlərinindir. Ölkədə olan bir neçə min məktəbin özləri müxtəlif hallarda formaların dəyişə bilər. Amma ümumiyyətlə mərkəzləşdirilmiş qaydada bütün məktəblərdə formaların dəyişilməsi hal-hazırda müzakirə olunmur".