Yay mövsümündə boğaz ağrısı problemi

Yay aylarında hamı dondurma və sərin sulardan bolluca istifadə edir. Bu da bəzi respirator xəstəliklərin baş qaldırmasına səbəb olur. Yayda da insanların ən çox qarşılaşdıqları xəstəlik boğaz ağrılarıdır.

Yayın gəlişi ilə havanın hərarətinin kəskin qalxması qrip və angina kimi xəstəliklərin yaranmasına şərait yaradır. Boğaz ağrısı boğaz nahiyəsində yaranan, udqunma zamanı artan, quruluq və qıcıqlanma hissiyyatı ilə müşayiət olunan bir haldır. Hər bir sağlam insan öz həyatı boyu ən azı bir dəfə boğaz ağrısı ilə qarşılaşıb.

Boğaz ağrılarının 80%-nin səbəbi kəskin və xroniki faringit, laringit və tonzillitlərdir, digər 20% hallarda bir çox xəstəliklər də boğaz ağrısı şəklində özünü büruzə verə bilər. Boğaz ağrılarına adətən virus və bakteriyalar səbəb olur. Boğazın hansı hissəsinin iltihablanmasından asılı olaraq, boğaz iltihabı faringit, laringit və ya tonzillit adlanır. Udlağın arxa divarının iltihabı faringit, qırtlağın iltihabı laringit, damaq badamcıqlarınn iltihabı isə tonzillit adlanır.

Kəskin faringitlərə ən çox səbəb yuxarı tənəffüs yollarının kəskin respirator virus infeksiyalarıdır. Demək olar ki, bütün kəskin respirator virus infeksiyalarının ilk simptomu özünü kəskin faringit şəklində büruzə verir. Bu zaman boğazda qıcıqlanma, quruluq və ağrı hissiyyatı olur, bədənin hərarəti yüksəlir, ümumi halsızlıq və zəiflik olur.

Xroniki faringitlərin bir çox səbəbləri var. Bunların arasında ən çox allergik rinit və xroniki sinusitlər zamanı burun boşluğundan və paranazal sinuslardan patoloji axıntının burun-udlaqdan udlağa axıb, udlaqda xroniki iltihab yaratması, müntəzəm olaraq siqaret və tütün məhsullarından istifadə edərək udlağın selikli qişasına zərərli təsir göstərməsidir.

Xroniki faringitlərin müalicəsi ilk növbədə, onları yaradan səbəbi aradan qaldırmaq və yerli olaraq boğaz üçün qarqara, sprey və inhalyasiyalardan, istifadə edərək udlağın selikli qişasını sakitləşdirməkdən ibarətdir. Kəskin tonzillit, angina dediyimiz damaq badamcıqlarının iltihabına səbəb daha çox streptococcus pyogenesdir. Angina boğazda kəskin, xüsusən udqunma zamanı qulağa irradiasiya edən ağrı, udqunma çətinliyi, yüksək hərarət şəklində özünü büruzə verir.

Kəskin laringitlər həm kəskin respirator virus infeksiyaları zamanı yaranır, həm də bakterial xarakterli olur. Bu zaman boğazda udqunma və ya danışıq zamanı kəskin ağrı, quruluq, diskomfort, səsdə dəyişiklik yaranır.

Boğaz ağrısının səbəbindən asılı olaraq xəstəyə virusəleyhinə və ya antibakterial dərmanlar təyin olunur. Boğaz üçün sorma pastillərdən istifadə etdikdə, tez bir zamanda boğazdakı ağrını aradan qaldırmağa, toxumaların şişkinliyini və qızartını azaltmağa, iltihabın mərkəzindəki bakteriyaların konsentrasiyasını azaltmağa kömək edir.

Boğazda xoşagəlməz hisslər olarsa - ağrı, yanma, qaşınma, öskürək - dərhal Agisept sorma pastilini qəbul etməyə başlayın. Tərkibinə daxil olan komponentlər anında hərəkət edərək ağrıları aradan qaldırır və boğazdakı infeksiya ilə mübarizə aparır. Boğaz ağrısını sakitləşdirir.

Agisept sorma pastillərinin 7 buraxılış forması var:

Agisept ananas tamlı

Agisept limon tamlı

Agisept çiyələk tamlı

Agisept moruq tamlı

Agisept portağal tamlı

Agisept bal-limon tamlı

Agisept mentol-evkalipt tamlı

 Hər kəsin öz zövqünə uyğun Agisept sorma pastil çeşidləri ilə boğaz ağrısı olmadan danışın!

Böyüklər və 6 yaşdan yuxarı uşaqlar üçün uyğundur.

Əks təsirləri ola bilər. İstifadədən öncə həkiminiz və ya əczaçınızla  məsləhətləşin.