Əhmədbəyli–Füzuli–Şuşa yolu beynəlxalq mükafata layiq görülüb

Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yolu layihəsi Beynəlxalq Yol Federasiyası tərəfindən innovativ inşaat metodologiyası nominasiyası üzrə qalib elan edilib. İşğaldan azad edilən ərazilərdə yol infrastrukturu yüksək keyfiyyətlə və müasir tələblərə cavab verən səviyyədə inşa edilir. Yol inşası zamanı yolboyu dəmir - beton və metal sədd çəpərlər, işıqlandırma sistemi quraşdırılıb. Əhmədbəyli - Füzuli - Şuşa avtomobil yoluda bunlardan biridir.

Bu barədə Day.Az-a açıqlmasında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) layihələr üzrə mühəndisi Əyyub Hüseynov bildirib.

"Yeni isrifadəyə verilən yol, "Zəfər yolu" - na alternativ yoldur. Yeni yol həmdə zəfər yoluna nisbətən qısa yoldur. Belə ki, zəfər yolunun uzunluğu 101 kilometr, yeni yolun uzunluğu isə 81,7 kilometrdir. Yeni yol məsafəni 19,3 kilometr qısaldacaq. Birinci texniki dərəcəyə uyğun olan yolun ilk 48 kilometri 6, qalan 33,7 kilometri isə 4 hərəkət zolağından ibarətdir. Yolboyu 1 qovşaq, 11 körpü, 7 tunel, 6 viaduk, yeraltı keçidlər və digər zəruri infrastruktur yaradılıb. Layihə çərçivəsində inşa edilən körpülərin ümumi uzunluğu 1557 metrdir", - deyə o bildirilib.