Dövlət və hökumət rəsmiləri Zəfər parkını ziyarət edirlər

27 Sentyabr - Anım Günü ilə əlaqədar Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Milli Məclisin sədri Sahibə Qafarova, millət vəkilləri, digər dövlət və hökumət rəsmiləri Zəfər parkında olublar.

Day.Az xəbər verir ki, dövlət və hökumət rəsmiləri xatirə daşının önünə gül dəstələri düzərək şəhidlərin əziz xatirəsini ehtiramla anıblar.