Birinci vitse-prezident Mehriban Əliyeva 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi "İnstaqram" səhifəsində 9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə paylaşım edib.

Day.Az xəbər verir ki, paylaşımda deyilir:

"Qoy, sonsuz qürur mənbəyimiz olan üçrəngli bayrağımız sülhün, sabitliyin, təhlükəsizliyin, tolerantlığın hökm sürdüyü doğma Vətənimizin səmasında əbədi dalğalansın!".