https://news.day.az/azerinews/1797889.html Mikayıl Cabbarov Pakistanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib İqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri çərçivəsində keçirilmiş görüşlərdə iqtisadi sahədə işbirliyinin gücləndirilməsinə dair müzakirələr aparılıb. Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Mikayıl Cabbarov Pakistanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

Azərbaycanca, 25 ноября 2025 20:43 (UTC +04:00) 379
Mikayıl Cabbarov Pakistanda ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edib

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Pakistana səfəri çərçivəsində keçirilmiş görüşlərdə iqtisadi sahədə işbirliyinin gücləndirilməsinə dair müzakirələr aparılıb.

Day.Az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilir ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti Pakistan İslam Respublikasına səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, tərəfdaşlığa dair müzakirələr aparılıb.

Pakistanın Baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar ilə görüşdə iqtisadi əlaqələrin gücləndirilməsində investisiya tərəfdaşlığının önəmi vurğulanıb. Həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın inkişaf perspektivləri qeyd olunub. Ticarət, enerji, sənaye, tranzit, turizm və digər sahələrdə birgə fəaliyyətin genişləndirilməsi imkanları dəyərləndirilib.

Pakistanın Xüsusi İnvestisiyaların Asanlaşdırılması Şurasının milli koordinatoru, general-leytenant Sarfaraz Əhməd ilə görüşdə enerji, sərmayələr və digər istiqamətlər üzrə münasibətlərin gücləndirilməsi imkanları qeyd olunub. Neft-qaz sektoruna sərmayələr də daxil olmaqla, qarşılıqlı investisiya axınının artırılması, birgə layihələrin təşviqi və biznes dairələri arasında işgüzar münasibətlərin fəal dəstəklənməsi haqqında fikir mübadiləsi aparılıb.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости