TƏBİB-in Müşahidə Şurasının yeni tərkibi təsdiqlənib

"Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının tərkibi təsdiqlənib.

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncama əsasən, "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" publik hüquqi şəxsin Müşahidə Şurasının aşağıdakı tərkibi təsdiq edilib:

Müşahidə Şurasının sədri

Azərbaycan Respublikası Prezidentinin sosial-iqtisadi məsələlər üzrə köməkçisi

Müşahidə Şurasının üzvləri:

Azərbaycan Respublikası maliyyə nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Səhiyyə İşçiləri Həmkarlar İttifaqının sədri.