ABŞ Vitse-Prezidenti İslamabadda: ABŞ-İran danışıqları BAŞLAYIR
ABŞ-ın vitse-prezidenti J. D. Vance İran nümayəndə heyəti ilə danışıqlar aparmaq üçün İslamabad şəhərinə səfər edib.
Day.Az Reuters-ə istinadən xəbər verir ki, görüşün 11 aprel tarixində keçirilməsi planlaşdırılır və bu, 1979-cu ildən bəri iki ölkə arasında ən mühüm birbaşa təmaslardan biri sayılır.
Amerika nümayəndə heyətinə Vance ilə yanaşı, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi elçisi Stiven Vitkoff və Cared Kuşner də daxildir. İran tərəfini parlament sədri Məhəmməd Baqer Qalibaf təmsil edir, həmçinin nümayəndə heyətində yüksək vəzifəli digər rəsmilər də yer alır.
Danışıqlar Pakistanın vasitəçiliyi ilə keçirilir və regionda gərginliyin azaldılmasına yönəlib. Görüş, tərəflər arasında əldə olunmuş müvəqqəti atəşkəs fonunda baş tutur və dialoqun bərpası baxımından mühüm addım kimi qiymətləndirilir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре