https://news.day.az/azerinews/1828511.html Malların qaytarılması və dəyişdirilməsi hansı hallarda MÜMKÜNDÜR? - Ekspert hüquqlarınızı AÇIQLADI - VİDEO "Əgər məhsul istehlakçının tələbinə uyğun deyilsə, yəni ölçüsü, forması və ya modeli uyğun gəlmirsə istehlakçı onu aldığı ünvana qaytarmaq və ya dəyişdirmək hüququna malikdir". Bunu Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

Malların qaytarılması və dəyişdirilməsi hansı hallarda MÜMKÜNDÜR? - Ekspert hüquqlarınızı AÇIQLADI - VİDEO

Azərbaycanca, 17 апреля 2026 14:52 (UTC +04:00) 315
Malların qaytarılması və dəyişdirilməsi hansı hallarda MÜMKÜNDÜR? - Ekspert hüquqlarınızı

"Əgər məhsul istehlakçının tələbinə uyğun deyilsə, yəni ölçüsü, forması və ya modeli uyğun gəlmirsə istehlakçı onu aldığı ünvana qaytarmaq və ya dəyişdirmək hüququna malikdir".

Bunu Day.Az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. 

O, istehlakçıların əldə etdiyi məhsulun hansı müddət ərzində qaytarıla biləcəyi barədə fikirlərini səsləndirib.

E.Hüseynov deyib ki, Azərbaycan Respublikasında istehlakçı hüquqlarının qorunması çərçivəsində bir sıra qaydalar tətbiq olunur.

"Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 114 saylı Qərarı-na əsasən, siyahıda istisna edilən mallar xaric olmaqla, bir çox məhsullar, o cümlədən ərzaq məhsulları, dərmanlar və mürəkkəb texniki vasitələr istifadə olunmayıbsa və alışını təsdiqləyən kassa çeki və ya sənəd mövcuddursa, 14 gün ərzində dəyişdirilə və ya qaytarıla bilər. Qeyd olunan qərara əsasən, qaytarılması məhdudlaşdırılan mallar çox az saydadır və əsasən gigiyenik xarakterli məhsulları əhatə edir", - deyə o bildirib.

Ətraflı videomaterialda:

Nəsimi Ələsgərli 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости