https://news.day.az/azerinews/1830904.html 5 rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək Şabran, Ağsu, Quba, Xaçmaz və Astara rayonlarında çayların üzərində mühafizə bəndləri tikiləcək.

5 rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək

Azərbaycanca, 28 апреля 2026 12:54 (UTC +04:00) 253
5 rayonda çayların üzərində mühafizə bəndləri tikiləcək

Şabran, Ağsu, Quba, Xaçmaz və Astara rayonlarında çayların üzərində mühafizə bəndləri tikiləcək.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, bu barədə məlumat Azərbaycan Prezidentinin 2026-cı il 28 aprel tarixli Sərəncamına əsasən, Bakı şəhərində və Azərbaycanın müxtəlif bölgələrində güclü leysan yağışları və yaranan sel suları nəticəsində dəymiş zərərin fəsadlarının aradan qaldırılması ilə bağlı görüləcək işlərin siyahısında qeyd olunub.

Siyahıya əsasən, Şabranda Dəvəçiçayda, Ağsudakı Ağsuçayın Maşadqanlı kəndi və şəhər ərazisindən keçən hissələrində, Qubadakı Qaraçayda, Xaçmazdakı Qusarçayda və Qaraçayda, Astaradakı Pensərçayda daş və beton bəndlər quraşdırılacaq.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости