https://news.day.az/azerinews/1834010.html Şuşada bu səbəbdən 150 manat cərimə oluna bilərsiniz - DİQQƏTLİ OLUN Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı yeni dəyişiklik tətbiq olunub. Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Şuşa qalasının önündən keçən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti artıq birtərəfli istiqamətdə həyata keçiriləcək.

Şuşada bu səbəbdən 150 manat cərimə oluna bilərsiniz - DİQQƏTLİ OLUN

Azərbaycanca, 13 мая 2026 11:06 (UTC +04:00) 282
Şuşada bu səbəbdən 150 manat cərimə oluna bilərsiniz

Şuşa şəhərində yol hərəkətinin təşkili ilə bağlı yeni dəyişiklik tətbiq olunub.

Day.Az Milli.Az-a istinadən xəbər verir ki, Şuşa qalasının önündən keçən avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkəti artıq birtərəfli istiqamətdə həyata keçiriləcək.

Ərazidə nəqliyyatın təhlükəsiz və nizamlı idarə olunması məqsədilə müşahidə kameraları da quraşdırılıb. Yeni qaydalara əməl etməyən sürücülərə qarşı isə inzibati tədbirlər görüləcək.

Qeyd edək ki, yolun əks istiqamətində hərəkət edən sürücülər 150 manat cərimə və 4 cərimə balı ilə cəzalandırıla bilər.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости