https://news.day.az/azerinews/1834318.html
Bakıda Qlobal Cənub QHT Platformasına baş katib seçilib
Fuad Kərimli Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının baş katibi seçilib. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə mayın 14-də "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində paytaxtda keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasının gedişində elan olunub.
Bakıda Qlobal Cənub QHT Platformasına baş katib seçilib
Fuad Kərimli Qlobal Cənub Qeyri-Hökumət Təşkilatları Platformasının baş katibi seçilib.
Day.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə mayın 14-də "Bakı Şəhərsalma Həftəsi" çərçivəsində paytaxtda keçirilən Qlobal Cənub QHT Platformasının I Baş Assambleyasının gedişində elan olunub.
Eyni zamanda regional istiqamətlər üzrə baş katibə dörd müavin seçilib.
Baş katib təşkilata beş il ərzində rəhbərlik edəcək, müavinlər isə müvafiq regional istiqamətlərə nəzarət edəcəklər.
Qeyd edək ki, tədbirdə Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını təmsil edən 114 ölkədən QHT nümayəndələri iştirak edirlər.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре