https://news.day.az/azerinews/1834574.html Muzeylərə giriş ödənişsiz olunacaq 18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "açıq qapı" günü keçiriləcək. Bu barədə Day.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib. Bildirilib ki, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Muzeylərə giriş ödənişsiz olunacaq

Azərbaycanca, 15 мая 2026 15:40 (UTC +04:00) 329
Muzeylərə giriş ödənişsiz olunacaq

18 May - Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən muzeylərdə "açıq qapı" günü keçiriləcək.

Bu barədə Day.Az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.

Bildirilib ki, həmin gün ziyarətçilərin muzeylərə girişi ödənişsiz təmin olunacaq.

Bu təşəbbüsün məqsədi insanların asudə vaxtını daha səmərəli keçirməsinə şərait yaratmaq, onları Azərbaycanın zəngin tarixi, mədəniyyəti və mədəni irsi ilə yaxından tanış etməkdir.

Qeyd edək ki, Beynəlxalq Muzeylər Günü Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis edilib və əsas məqsədi muzeylərin cəmiyyətin həyatındakı mühüm rolunu diqqətə çatdırmaqdır.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости