https://news.day.az/azerinews/1834639.html Azərbaycan sənaye zonalarında istehsalın həcmi artıb Bu ilin birinci rübü ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artıb. Day.Az bu barədə agentliyə istinadən xəbər verir.

Azərbaycan sənaye zonalarında istehsalın həcmi artıb

Azərbaycanca, 15 мая 2026 18:20 (UTC +04:00) 291
Azərbaycan sənaye zonalarında istehsalın həcmi artıb

Bu ilin birinci rübü ərzində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında istehsalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,2 faiz artıb.

Day.Az bu barədə agentliyə istinadən xəbər verir.

 

Belə ki, İqtisadiyyat Nazirliyinin tabeliyində İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarının rezidentləri tərəfindən cari ilin birinci rübündə 883 milyon manat dəyərində məhsul istehsal edilib. Bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,2 faiz çoxdur.

"Sənaye zonalarında rezidentlər üçün əlverişli biznes və investisiya mühiti yaradılıb. İnvestorların fəaliyyətinin təşviqi məqsədilə sənaye parklarının rezidentləri qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə bir sıra mühüm vergi güzəştlərindən yararlanırlar. Belə ki, onlar əmlak, torpaq və mənfəət vergilərindən azad edilir, həmçinin istehsal məqsədilə idxal olunan texnika, texnoloji avadanlıqlar və qurğulara 10 il müddətinə ƏDV və gömrük rüsumları üzrə azadolmalar tətbiq olunur. Bu da investisiya xərclərinin optimallaşdırılmasına və istehsalın genişləndirilməsinə əlavə imkanlar yaradır", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости