https://news.day.az/azerinews/1837221.html Prezident İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verib Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə başsağlığı verib. Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir: "Hörmətli cənab Baş nazir, Əziz Qardaşım...

Prezident İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verib

Azərbaycanca, 25 мая 2026 18:42 (UTC +04:00) 416
Prezident İlham Əliyev Pakistanın Baş nazirinə başsağlığı verib

Prezident İlham Əliyev Pakistanın Baş naziri Şahbaz Şərifə başsağlığı verib.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məktubda deyilir:

"Hörmətli cənab Baş nazir,

Əziz Qardaşım,

Ölkənizin cənub-qərbində sərnişin qatarını hədəf alan xain terror aktı nəticəsində çox sayda insanın həlak olması və xəsarət alması barədə xəbər bizi olduqca kədərləndirdi.

Biz bu dəhşətli hadisədən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyir, terrorizmə qarşı ən kəskin şəkildə mübarizə aparılmasını labüd hesab edirik.

Bu ağır anlarda dərdinizi bölüşür, Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Pakistan xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram.

Allah rəhmət eləsin!"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости