Uşaqlar Günü ilə bağlı

1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən 1 saylı Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlarla maarifləndirici görüş keçirilib.

Bu barədə Day.Az-a Daxili İşlər Nazirliyindən məlumat verilib. 

Qeyd edilib ki, tədbir çərçivəsində yol hərəkəti təhlükəsizliyinə dair maarifləndirici söhbətlər aparılıb, müxtəlif yarış və interaktiv oyunlar təşkil olunub. Fəallığı ilə seçilən iştirakçılar sertifikat və hədiyyələrlə mükafatlandırılıb. Görüşün əsas məqsədi uşaqlarda yol hərəkəti qaydalarına dair biliklərin artırılması və təhlükəsiz davranış vərdişlərinin formalaşdırılması olub. Uşaqlar tədbirdə böyük maraq və həvəslə iştirak ediblər.