Qan xərçəngi (leykoz) təbii müalicələr

Day.Az представляет новость на азербайджанском языке
Leykoz xəstəliyi çox ağır və üzücü bir xəstəlik olub əsasən uşaqlarda olur və belə uşaqların sifətlərinə baxanda insanın içindən bir sızıltı keçir. Leykoz sümük iliyinin xəstəliyi olub zaman-zaman ağ qan hüceyrələri olan leykosotlər çoxalır, qırmızı qan hüceyrəsi olan eritrositlər isə azalır və sonda xəstələrdə tamamilə qırmızı qanın yoxluğu ilə nəticələnir. Leykoz xəstələrində başqa bir problem isə qanı laxtalandıran trombositlərin azalması və sonda qanın laxtalanma qabiliyyətinin tamam itməsi ilə nəticələnir. Məncə xəstəlik haqqında geniş yazmağa lüzum yoxdur, çünki bu haqda ədəbiyyatlarda və internetdə kifayət qədər məlumatlar var.
Leykoz xəstəliyini bitkilərlə müalicə etmək olarmı, olarsa necə etmək olar və ya biz bu xəstələrə dərman bitkilərilə necə kömək edə bilərik? Bax, əsas məsələ budur. Bitkilərlə müalicə edən zaman nələrə diqqət etməliyik? Birincisi bu xəstəlik zamanı qırmızı qan kürəcikləri məhv olur və qan laxtalanmır, bunun qarşısını almaq üçün ən təsirli vasitə təzə gicitkən şirəsidir. Təzə gicitkən şirəsinin tərkibindəki K vitamini həm yeni qan əmələ gətirməni sürətləndirir, həm də zəngin mineralları və vitaminləri vardır. İkincisi qırmızı çuğundurdan istifadə etmək olar. Qırmızı qan kürəciklərinin əmələ gəlməsində bu tərəvəz əvəzsizdir. Bu şəkildə də edə bilərsiniz, hər ikisinin birlikdə şirəsi çəkilib gündə 200 qram səhər tezdən ac qarına içilməlidir, 2 ay içilməli 1 ay fasilə verilməli və yenə davam edə bilərsiniz. Bir şeyidə nəzərinizə çatdırım bəzən uşaqlar çuğundurun dadına görə çox içə bilmirlər, onda hər 2-3 gündən bir təzə gicitkəni kök və ya balqabaq şirələri ilə qarışdırıb uşaqlarınıza verə bilərsiniz.
Gicitkən şirəsi həm də ona görə faydalıdır ki, qanı laxtalandırır, bu xəstəlikdə həm də qan laxtalanmır.
Sonra faydalı qidalardan biri də arı məhsullarıdır, məsələn 100 qram çiçək tozu, 10 qram arı südü, 30 qram propolis və 500 qram bal bir-birinə qarışdırılmalı, hər gün ac qarına 1 xörək qaşığı 1 stəkan çiy suya qarışdırıb içilməlidir.
Leykoz zamanı aşağıda yazdığım dərman bitkilərindən içilməsi faydalıdır, beləki bu bitkilər həm güclü antioksidantdır, hansıki xərçəngin əmələ gəlməsində blast hüceyrələrin artıb çoxalmasının qarşısını alır, immun sistemini gücləndirir və iltihab əleyhinə təsir göstərir. Müalicə əsasən 3 bitki qarışımı ilə olacaqdır Bunlardan 2 bitki daimi olacaq 3-cü bitki isə hər 10 gündən bir dəyişiləcəkdir. Məsələn 300 qram ud hindi ilə 150 qram quş əppəyini toz formasına salın, bir-birinə qarışdırın, 3 litrlik şüşə balona tökün, ağzını bağlayın ki, hava keçirməsin. Sonra hər 10 gündən bir bu qarışımdan 20 çay qaşığı götürün 1 kiloqramlıq şüşə bankaya tökün, aşağıda adlarını yazdıqlarım bitkilərdən hər 10 gündən bir birini üyüdüb toz formasına salın və 10 çay qaşığı bu tozdan götürüb ud hindi ilə quşəppəyi tökülmüş 1 kiloluq şüşə bankada qarışdırın, bu qarışıqdan gündə 3 dəfə yeməkdən əvvəl 1 çay qaşığı (uşaqlar yarım çay qaşığı) 1 stəkan qaynar suya qarışdırın, 5 dəqiqə sonra 1 çay qaşığı bal qarışdırıb için.
Bitkilərin adları: Qarazirə, Qızılçətir, Boymadərən, Yovşan, Gülümbahar, Zəncirotu, Bibəriyyə
Məslən: 10 gün ud hindi quşəppəyi və qarazirə qarışımlı çay içilməli, sonrakı 10 gündə isə qarazirənin yerinə qızılçətir istifadə olunmalı, sonra boymadərən yuxarıda yazdığım siyahı üzrə və beləcə müalicə davam etməlidir. Sonda leykoz ciddi bir xəstəlik olduğundan müalicəni həkiminizlə məsləhətləşmədən aparmayın.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре