Soyuq hava qulunc ağrılarına səbəb olur

Day.Az представляет новость на азербайджанском языке

Yayda istilər əzələləri rahatladır, qışda isə soyuqlar əzələlərin daha da sərtləşməsinə səbəb olur. Bu sərtləşmələrdən daha çox təsir görən isə el arasında "qulunc" adlanan kürəyin üst bölgəsindəki əzələlərdir.

Day.Az lent.az-a istinadən bildirir ki, qulunc olaraq bilinən kürəyin yuxarı üst əzələlərinə təsir edən soyuq nəticəsində onsuz da sərt olan əzələ daha da sərtləşir və nəticədə daha çox ağrıyır. Soyuq havaya məruz qalan əzələlər elastikliyini itirərək sərtləşir.

Qış aylarında bu əzələləri daha yaxşı qoruyaraq, ağrıların qarşısını almaq olar. Necə?
 
Ofisdə işləyənlər daha çox əziyyət çəkir
 
Tibbi adı " fibromiyalji" olan qulunc ağrısı kürək, boynun arxa bölgəsində yaşanır. Yaşa və cinsə bağlı olmadan daha çox ofisdə işləyənlərdə ortaya çıxır. Bunun da səbəbi həmişə oturaq vəziyyətdə olmaqdır. Bundan başqa düzgün oturmayan hər kəs risk altındadır.
 
Günə idmanla başlayın
 
Qulunc ağrıları yaşamamaq üçün səhərlər ediləcək idman işinizə yarayacaq. Ayaqlarla ediləcək əsnəmə və gərmə hərəkətləri əzələlərin dartılmasına kömək edəcək. Oturaq vəziyyətdə hər iki kürək sümüyünü arxaya verməklə ediləcək hərəkət də faydalı olacaq. Bu hərəkətləri səhərlər 5 dəfə 30 saniyə edin.
 
Qulunc ağrısının diaqnozunda kliniki müayinə bəs edir. Qulunclara isti tətbiqi, eyni zamanda dərmanlar da şikayətlərin azalmasına yardımçı olur. Manuel müalicə (əllə edilən idman hərəkəti) də əzələlərdə sərtləşməni azaldacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.