Limfa düyünləri nədir, onların quruluşu və böyüməsi

Day.Az представляет новость на азербайджанском языке

Limfa düyünləri kapsullu limfoid orqan olub orqanizmin hər tərəfinfə yerləşir. Limfa düyünləri lobya formasında olub ölçüləri 0,5 - 1,5 sm olur. Limfa düyünləri orqanimdə simmetrik yerləşir, qabıq və beyin hissədən ibarətdir. Limfa düyünlərinin kapsulunda daxilə doğru follikullar yaradan trabekullar keçir.
Day.Az immunitet.az-a istinadən bildirir ki, limfa düyünlərinin qabıq təbəqəsi 2 qabıq zonadan ibarətdir(kortikal və parakortikal). Burada limfositlər yerləşir və proliferasiyaya uğrayır. Proliferasiya prosesi isə adətən 1 həftədən sonra rüşeym mərkəzində başlanır.
Limfa düyünlərinin daxilində hüceyrələr yerləşir. Bu hüceyrələr virus və mikroblara qarşı aktivləşən makrofaqlardır.
Limfa düyünləri çənə altı nahiyədə,boyun, qoltuq altı, qasıq, nazik bağırsaq və döş böşluğunda yerləşir.Normal halda limfa düyüləri böyümür və əllənmir. Onları hiss etmək mümkün olmur. Limfa düyünlərinin böyüməsi aşağıdakı hallarda baş verir.
İnfeksion xəstəliklər
bakteriya və virus infeksiyaları
yuxarı tənəfüs yollarının iltihabı xəstəlikləri
qızılca
su çiçəyi
herpes
adenovirus və s.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.