Bu şəhərin əhalisi 2 dəfə İFTAR edir

Day.Az представляет новость на азербайджанском языке

Ramazan ayında gün ərzində iki dəfə (imsak və iftar) yemək yeyilir. Lakin bəzi ərazilərdə yaşayan insanları məzhəb fərqinə görə iki dəfə iftar süfrəsinə əyləşir.

Publika.az xəbər verir ki, Türkiyənin İran, Naxçıvan və Ermənistanla sərhəddə yerləşən Iğdır şəhərində insanlar Ramazan ayında gün ərzində iki dəfə iftar edir. Buna səbəb ərazidə yaşayan insanların sünni və şiə olaraq qruplara ayrılmasıdır.

Məzhəb fərqləri səbəbiylə burada iki fərqli azan oxunur və iftar zamanı da bir-birindən fərqli saatlara təsadüf edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.