https://news.day.az/azerinews/1767166.html
Mehdili kəndinin 85 faizdən çox ərazisi minalardan təmizlənib
Cəbrayıl rayonunun Mehdili kəndində bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb. Day.Az xəbər verir ki, bunu Trend-ın bölgə müxbirinə ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev deyib.
Mehdili kəndinin 85 faizdən çox ərazisi minalardan təmizlənib

Cəbrayıl rayonunun Mehdili kəndində bu günə kimi ərazinin 85,21 faiz olmaqla 58 min 379 kvadratmetri təmizlənib və 1077 ədəd mina aşkarlanıb.
Day.Az xəbər verir ki, bunu Trend-ın bölgə müxbirinə ANAMA-nın 3 saylı təmizləmə dəstəsinin əməliyyat rəhbəri Qadir Namazəliyev deyib.
O qeyd edib ki, ərazidə tapılan minalar partlayış qrupu tərəfindən zərərsizləşdirilib.
"Ərazidə aşkarlanan minaların 922 ədədi piyada əleyhinə minalardır və Ermənistan istehsalıdır. 155 ədəd isə tank əleyhinə olan minalardır ki, bunlar Rusiya istehsalıdır", - deyə o qeyd edib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре