Hayat Palace - premium klass səviyyəli yaşayış kompleksi - VİDEO

Hayat Palace - Premium klass səviyyəli, ən yüksək həyat standartlarına cavab verən möhtəşəm yaşayış kompleksidir. Hazırkı layihəni italyan barokko elementlərindən ibarət olan müasir yaşayış kompleksinin parlaq nümunələrindən biri hesab etmək olar.
Fasadlar təbii materialların fakturasını üzə çıxaran daş üzərində zərif oyma işləriylə bəzədilmişdir. Panoramlı şüşəbəndlər mənzilləri işıq və havayla doldurur, möhtəşəm naxışlar isə fasadı günəş şüalarının şux oyunuyla daha da canlandırır.
Binanın fasadını İntibah dövrünə xas olan sütunlar, açıq rənglərdə, işləmələr bəzəyir. Təbii materiallarla üslubun harmoniyasından ibarət olan layihə bizi bir anlıq, sanki, Bakı memarlığının qızıl çağına qaytararaq, qarşımızda ümumavropa mədəniyyətinin ayrılmaz parçasını canlandırır. Layihədə daxili ərazinin yaşıllığına xüsusi əhəmiyyət verilmişdir. Kompleksə italyan üslublu, istirahət guşəsi olan möhtəşəm həyət daxildir. Hayat Palace yaşayış kompleksi bütün xırdalıqlarıyla düşünülərək, ən tələbkar müştərilər üçün hazırlanmışdır. Burada yaşayacağınız hər gün unudulmaz və bənzərsiz anlarla yadda qalacaq. Gözəllik, rahatlıq və özəllik Hayat Palace yaşayış kompleksinin əsas meyarlarından biridir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре