https://news.day.az/society/367050.html
Anemiya ən geniş yayılmış tibbi problemləri sırasındadır
Day.Az представляет новость на азербайджанском языке.
Qanazlığı və yaxud anemiya təəssüflər olsun ki, çağımızın ən geniş yayılmış tibbi problemləri sırasındadır. Qanazlığı, onun səbəbləri və nəticələri barədə əksəriyyətimiz az-çox xəbərdarıq, amma nədənsə bu azara az önəm veririk, çox vaxt həkimə müraciət etməyə belə ehtiyac duymuruq.
Qanazlığı - qanın azlığı
demək deyil
Anemiya qırmızı qan hücüyrələrinin sayının, hemoqlobin konsentrasiyasının və ya hematokritin normadan az olmasıdır.
Eritrositlər daxilində olan hemoqlobin toxumalara oksigen daşıyan əsas maddədir.
Hemoqlobin və eritrositlərin azlığı toxumaların oksigenlə təminatını pisləşdirir və hipoksiya adlanan hal yaradır. Bu zaman xəstə ümumi zəflik, yorğunluq hiss edir, başı ağrıyır və ya fırlanır, dərisi ağırmış və quru olur.
Anemiya müxtəlif səbəblərdən əmələ gələ bilir və davametmə müddətinə görə fərqli olur. Amma bütün hallarda qan yaradılması prosesi pozulur, qanda hemoqlobin və eritrositlər azalır.
Qanın normal göstəriciləri:
- Eritrositlər - 4,5-6,3 milyon/mm3
- Hemoqlobin - 13-18 g/dl
- Hematokrit - 40-54%.
Qeyd edək ki, qanazlığı o demək deyil ki, anemiyadan əziyyət çəkən insanda qan həqiqətən azdır. Bir daha təkrarlayaq ki, qanın miqdarı normal olur, lakin qanın tərkibində olan hemoqlobin zülalının və eritrositlərin miqdarı azalmış olur.
Bundan başqa, "anemiya" termin kimi konkret xəstəliyi ifadə etmir, o, müxtəlif patoloji halların müxtəlif simptomlarından biridir. Və bu simptomun da öz simptomları var.
Simptomları
Anemiyanın əlamətləri və yaxud xəstənin şikayətləndiyi hallar:
- Taxikardiya
- Təngnəfəslik
- Rəngin avazıması
- Başgicəllənmə
- Bəzən baş ağrısı
- Yorğunluq
- Tərləmə və ağızda quruluq
- Qulaqda küylər
- Arterial təzyiqin düşməsi
- Nəbzin zəifliyi və tezləşməsi
Səbəbləri
Anemiyanın müxtəlif səbəbləri olur. Məsələn, orqanizmdə dəmiryaratmaq prosesi zəifdirsə. Kiçik uşaqlar və ya yaşlılar ciddi pəhriz saxlayanda qida ilə orqanizmə vəzi daxil olması yetərli olmaya bilər ki, bu da anemiyaya aparır. Və yaxud həzm sisteminin pozulması da buna səbəb ola bilir.
Qazazlığının səbəblərinə həmçinin adi yaralanmada çox qan itirməkdən tutmuş, mədədəki yara və hemorroya kimi çox bəla daxildir.
- Kəskin qanaxma: yaralanma, mədə xorası, qida borusunun varikoz genişlənmiş venaları, böyük damarların cırılması, hemorragik diatez;
- Xroniki qanaxma: mədə xorası zamanı sakit qansızma, mədə bağırsaq traktının karsinoması zamanı sakit qansızma, diafraqmanın qida borusu dəliyinin yırtığı, qida borusunun varikoz genişlənmiş venaları, hemorroy, böyük qanitirmələr zamanı qanının kifayət qədər əvəzolunmaması.
Hemolitik anemiya
Qanazlığının digər forması hemolitik anemiyadır. Hemolitik anemiyada qırmızı qan hüceyrələri çox sürətlə parçalanır.
Anemiyanın elə növü də var ki, orqanizm anomal hemoqlobin istehsal edir.
Hemolitik anemiya iki cür olur:
- Orqanızmə xaricdən daxil olan faktorlar nəticəsində hemoliz: transfziya zamanı daxil olan anticisimlər, dərman maddələri, mexaniki zədələmə (süni ürək klapanları), hipersplenizm, HİV infeksiyası, metabolik pozğunluqlar (uremiya, qaraciyər sirrozu);
- Orqanizmin özündən qaynaqlanan faktorlar nəticəsində hemoliz: bunlar irsi patologiyalar ola bilər - membran deffekti (Sferositoz, Elliptositoz), enzimopatiyalar, hemoqlobinopatiyalar, talassemiya. Qazanılmış Vitamin B12 və Fol turşusu çatmamazlığı.
Eritrosit problemi
Yetişmiş eritrositlərin çatmamazlığı bir çox səbəblərdən qaynaqlana bilir:
1. Dəmir, Vitamin B12, Fol Turşusu, Protein, Vitamin C çatmamazlığı;
2. Eritroblastların çatmamazlığı - sümük iliyinin fiziki-kimyəvi zədələr, irsi və ideopatik səbəblər üzündən atrofiyası;
3. Sümük iliyinin infiltrasiyası - leykemiya, limfoma, mielofibroz, metastazlar səbəbindən baş verə bilər;
4. Sideroblastik anemiya - rezorbsiya olunmuş dəmirin istifadəsində olan pozğunluq səbəbindən baş verir;
5. Endokrin pozğunluqlar - Miksödema, Addison xəstəliyi, Hypopituitarismus;
6. Xroniki böyrək xəstəlikləri;
7. Xrokniki iltihabi proseslər - infeksiyalar və qeyri-infeksion xəstəliklər (revmatoid artirit, Bexterev xəstəliyi);
8. Qaraciyər xəstəlikləri;
9. Bədxassəli şişlər.
Müalicə
Özünüzdə qanazlığı hiss edirsinizsə, təcili həkimə müraciət edin. Anemiya orqanizmi gücdən salmaq, iş qabiliyyətini zəiflətməklə onun xəstəliklərə qarşı müqavimətini azaldır.
Bundan başqa, anemiya daha ciddi tibbi problemlərin siqnalı ola bilər.
"Anemiya" diaqnozu qanın analizi əsasında qoyulur. Həkim qanazlığına səbəb olan faktoru müəyyənləşdirmək üçün ilkin olaraq aşağıdakı müayinələri təklif edir:
- Qanın genişləndirilmiş ümumi analizi (retikulositlər, trombositlər, eritorositar indeks və s. daxil olmaqla);
- Qanın laxtalanma qabiliyyəti;
- Qanın biokimyəvi analizı (bilirubin, LDH, serum zülalları daxil olmaqla).
Bundan başqa, həkim şübhələnərsə və ya ehtiyac görərsə, əsas xəstəliyin üzə çıxarılması üçün lazım gələn digər müayinə üsullarını tətbiq edə bilər. Bir daha qeyd edək ki, anemiya sindromdur və arxasında başqa xəstəlik gizlənə bilər.
Profilaktika
Həkimin yazdığı müalicədən əlavə, qanazlığına qarşı sizin özününz də bir iş görə bilərsiniz.
Qida rasionunuza dəmirlə bol olan meyvələr, yaxşı bişrilmiş çörək, yaşıl tərəvəz, salat, bal, qırmızı yağsız ət, qırmızı kürü, yumurtanının sarısını, lobya və digər paxlalı bitkilər, soğan və sarımsaq daxil edin. Qoz yeyin, günəbaxan tumu çırtlayın. Orqanizmin vəzi asan qəbul etməsinə C vitamini ilə bol olan məhsullar yardımçı olur.
Dəniz kələmi, tərkibində mis olan meyvələr - albalı, ərik və qurudulmuş əncir anemiyada çox faydalıdır, çünki vəzilərin mənimsənilməsinə kömək edir.
Anemiyanın müalicəsində qarağat, üzüm, moruq, çiyələk, armud, çuğundur, ispanaq, cəfəri, keşniş, vəzəri, şaftalı və şirin alma ("antonovka") əla təsir göstərir. Gündə acqarına 2 fincan yerkökü şirəsi içmək və ya xurma yemək qan azlığında məsləhət görülür.
Tərkibində kofein olan içkilər (çay, qəhvə, kolalar və s.) məsləhət deyil.
Ümumiyyətlə, anemiyada yeyib-içməyinizə fikir verin - düzgün həzmin böyük önəmi var. Hansı yeməklərin və içkilərin sizə uyğun olduğunu öyrənmək üçün həkimə müraciət edin. Həkim qan testi nəticələrinə görə dərman istifadəsini də məsləhət görə bilər.
Kimyəvi, toksik maddələrdən, benzin iyindən uzaq durun. Açıq havada, imkan varsa, iynəyarpaqlı ağaclar altında gəzintiyə çıxın.
/ekspress.az/

Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре