Bakıda qaz xəttinin çəkilişi zamanı bədbəxt hadisə: "Azəriqaz" əməkdaşı yaralandı

Day.Az представляет новость на азербайджанском языке
Bakıda qaz xəttinin çəkilməsi zaman "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşı xəsarət alıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində baş verib.
Qəsəbənin "D" massivində qaz xəttinin yenilənməsi zamanı xətt birləşdirilərkən orada işləyən "Azəriqaz" İstehsalat Birliyinin Tikinti İdarəsinin 2 saylı Quraşdırma sahəsinin əməkdaşı, 1988-ci il təvəllüdlü Sadıqov Səbuhi Ənvər oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. O, Mərkəzi Neftçilər Xəstəxanasına yerləşdirilib.
Hazırda S.Sadıqovun hansı şəraitdə xəsarət alması ilə bağlı araşdırma aparılır.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре