Məşhur cütlük konsertdə - FOTO
Ötən ay nişanlanan aktrisa Asya Atakişiyeva və nişanlısı aktyor Əmrah Dadaşov birlikdə görüntülənib.
Day.Az Axşam.az- a istinadən xəbər verir ki, cütlük Axşam.az-ın obyektivinə Ramiz Rövşənə həsr olunan konsertdə tuş gəlib. Onlar kameralara gülümsəyərək poz veriblər. Asya ilə Əmrahın bir-birinə uyğun şəkildə libas seçməsi də diqqətdən qaçmayıb.
Qeyd edək ki, A.Atakişiyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrında çalışır. İndiyədək "Həyat sən nə qəribəsən", "Qayınana", "Ata ocağı" kimi seriallarda rol alıb. Ə.Dadaşov isə Akademik Musiqili Teatrın aktyorudur. İndiyədək obrazlarına görə, müxtəlif mükafatların sahibi olub. Onları ilk dəfə birlikdə Axşam.az görüntüləyib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре